Prezident İlham Əliyev sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirib

Prezident İlham Əliyev sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirib
Bütün Xəbərlər
15:38 06.05.2011
2126

 

AZXEBER.COM-un AzTV-yə istinadən verdiyi məlumata görə, prezident ötən illərdə Azərbaycan iqtisadiyyatının və respublikanın bütün regionlarının uğurla inkişaf etdiyini, qeyri-neft sektorunun daha da inkişafı üçün ardıcıl tədbirlərin həyata keçirildiyini, sosial və infrastruktur layihələrinin hamısının tətbiqini tapdığını vurğulayıb. 

Dövlət başçısı ölkəmizdə nəinki regionda, Şərqi Avropada analoqu olmayan Ağcabədi Süd Məhsulları Kombinatı kimi müəssisələrin fəaliyyətə başlamasının mühüm əhəmiyyətini qeyd edib. Ötən 7 ildə 1 milyona qədər yeni iş yerinin yaradıldığını bildirən prezident 2013-cü ilə qədər respublikamızda regional inkişaf proqramına uyğun olaraq bütün əsas iqtisadi, sosial və infrastruktur məsələlərinin həllini tapacağını deyib. Dövlət başçısı sahibkarlığın hərtərəfli dəstəklənməsi üçün kompleks tədbirlərin bundan sonra daha da gücləndiriləcəyini vurğulayıb, iş adamlarına rəqabətə-davamlı məhsullar istehsalını genişləndirməyi və xarici bazarlara daha çox əmtəə çıxarmağı tövsiyə edib. 

Prezident İlham Əliyev inhisarçılığın, qeyri-sağlam rəqabətin, süni qiymət artımının qarşısının alınması və yerli bazarın keyfiyyətli məhsullarla təminatı üçün ardıcıl tədbirlər görüldüyünü qeyd edib.

Kənd təsərrüfatı naziri İsmət Abbasov aqrar-sənaye kompleksində islahatların davam etdirildiyini vurğulayıb. 2004-cü illə müqayisədə 2010-cu ildə kənd təsərrüfatının 2,6 dəfə artdığını bildirən nazir dövlətin hərtərəfli dəstəyi, ayrılan güzəştli kreditlər və subsidiyalar hesabına ötən illərdə aqrar-sənaye kompleksinin əsaslı inkişaf yolu keçdiyini və bu sahədə yeni keyfiyyət mərhələsinin başlandığını deyib. O, taxılçılıq, heyvandarlıq və digər sahələrdə qazanılan uğurları ətraflı xarakterizə etdi və aqrar elminin potensialının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev cari ildə sahibkarlara 125 milyon manat güzəştli kreditin veriləcəyini, artıq bunun bir hissəsinin iş adamlarına çatdırıldığını, ümumi məbləğin təqribən 75 faizinin regionların payına düşdüyünü deyib. 

Prezident İlham Əliyev qalan güzəştli kreditlərin də verilməsinin sürətləndirilməsi barədə tapşırıq verib. O, növbəti ildən başlayaraq güzəştli kreditlərin həcminin, həmçinin, ayrılan kreditlərin məbləği ilə bağlı limitin artırılmasının məqsədəuyğunluğunu vurğulayıb. Kənd təsərrüfatının inkişafının dövlətin başlıca prioritetlərindən biri olduğunu deyən dövlət başçısı regionlarda aqrar-sənaye kompleksinin köklü şəkildə inkişafı, infrastruktur və sosial yönümlü tədbirlərin daha da genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib. 

Prezident bundan sonra aqrar elminin inkişafına da xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Müşavirəyə yekun vuran dövlət başçısı aqrar-sənaye kompleksində islahatların reallaşdırılması zamanı kompleks yanaşmanın və hərtərəfli koordinasiyanın başlıca meyar olduğunu bildirib, yeni-yeni nailiyyətlər arzulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
19:03 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi