Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini mayın 16-da qəbul ediblər.
AZXEBER.COM-un AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalı təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.