Prezident ABŞ səfirliyində - Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident ABŞ səfirliyində - Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib
SİYASƏT
12:14 05.12.2018
4618
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlətbaşçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.
OXŞAR XƏBƏRLƏR