Azərbaycan Prezidenti İlham Əliyev Arif Alışanovu "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə imzalanan sərəncamda deyilir:
1. Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, bu dəqiqələrdə TV-də iclas keçirilir. Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.
R. Raqifoğlu bundan əvvəl Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Lider TV-də İdman redaksiyasının rəhbəri olub.