Prezident AZTV sədri Arif Alışanovu işdən çıxardı

Prezident AZTV sədri Arif Alışanovu işdən çıxardı
MANŞET
16:35 15.01.2019
6885

Azərbaycan Prezidenti İlham Əliyev Arif Alışanovu "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə imzalanan sərəncamda deyilir:

 

1. Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu dəqiqələrdə TV-də iclas keçirilir. Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.
 
R. Raqifoğlu bundan əvvəl Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Lider TV-də İdman redaksiyasının rəhbəri olub. 
OXŞAR XƏBƏRLƏR