Prezident arvadına heykəl qoydurur...

Prezident arvadına heykəl qoydurur...
Bütün Xəbərlər
17:27 13.02.2012
1805
Heykəlin 106 min dollara başa gələcəyi xəbəri ölkəni qarışdırıb
Fransa prezidenti Nikola Sarkozi Nojar-syur-Man şəhərindəki ilk zavodda işləyən italyan qadın əməkçilərinin xatirəsinə şəhərin mərkəzi yerlərindən birində heykəl qoyulması barədə göstəriş verib.  Nikola Sarkozi heykəl üçün model qismində həyat yoldaşı Karla Brunini seçib.Nikola Sarkozinin bu qərarı keçmiş model və müğənni Karla Brunini də utandırıb. Karla Bruninin yaxın ətrafı bildirib ki, o, model kimi prosesdə iştirak etməyə razılıq versə də, heykəlin onun adını daşıyacağından xəbərsiz olub. Şəhərin meri Jan Martin artıq heykəl üçün müvafiq yer tapıb. Amma mətbuata heykəlin 82 min avroya (106 min dollar) başa gələcəyi barədə məlumat sızıb və bu, fransızları qəzəbləndirib.Nojar-syur-Man bələdiyyəsinin müxalif Sosialist Partiyasının üzvləri italyan əsilli və zəngin Karla Bruninin italyan işçi qadınlarının xatirəsinə qoyulacaq heykəl üçün model seçilməsini gülünc sayırlar.
lent.az
OXŞAR XƏBƏRLƏR