Prezident Aydın İbadovu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Prezident Aydın İbadovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
SİYASƏT
14:05 16.04.2024
232
Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
OXŞAR XƏBƏRLƏR