Prezident azərbaycanlı jurnalistləri müdafiə etdi

Prezident azərbaycanlı jurnalistləri müdafiə etdi
DÜNYA
00:38 04.06.2016
1423

Ukrayna Prezidenti Pyotr Poroşenko guya Rusiya və qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” ilə əməkdaşlıq edən 4 min jurnalistin adlarının olduğu siyahının “Mirotvorets” saytında dərc edilməsini böyük səhv hesab edir.

Azərtac “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, bunu Pyotr Poroşenko bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.Ukrayna Prezidenti deyib: “Mən “Mirotvorets” saytında 4 mindən çox jurnalistin adının dərcini qınayıram. Mənə verilən məlumata görə, bu jurnalistlərdən bəziləri Ukrayna barədə mənfi şərh və ya məqalə hazırlayıb... Mən Prezident kimi bu jurnalistlərin Ukraynada təhlükəsizliyinə zəmanət verirəm. Ukraynaya leqal yollarla gələn və demarkasiya xəttini keçərək işğal olunmuş ərazilərə gedən jurnalistlərin bu ərazilərdə olması mexanizminin təkmilləşdirilməsi lazımdır... Bizim müstəqil saytda məlumat dərc edilməsinə cavab vermək, bu məlumatın saytdan çıxarılmasına nail olmaq vasitələrimiz çox məhduddur. Bir daha deyirəm ki, həmin siyahının dərcini böyük səhv hesab edirəm. Bu, həm də Ukrayna hökumətinin mövqeyidir”.AzVision.azxatırladır ki, Ukraynanın “Mirotvorec” saytı ölkəyə girişi qadağan edilmiş 239 jurnalistin adını açıqlayıb.Siyahıda Azərbaycan KİV-də çalışan 11 jurnalistin də adı yer alıb. Sayt iddia edir ki, azərbaycanlı jurnalistlər “Luqansk Xalq Respublikası”na getdikləri üçün “qara siyahı”ya düşüb.Azərbaycanlı jurnalistlərin sözlərinə görə, saytda dərc olunan siyahı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytından götürülüb və yayılan məlumat həqiqəti əks etdirmir. Bununla bağlı Azərbaycanın Mətbuat Şurası Ukraynanın dövlət qurumlarına müraciət ünvanlayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
21:45 04.03.2026
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
21:43 04.03.2026
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti