Prezident Bakıda orta məktəbin yeni korpusunun açılışında iştirak etdi
Bütün Xəbərlər
09:49 03.08.2012
1098
Bu gün Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. İnşa olunan yeni korpusda 480 şagird təhsil alacaq. Üç korpusdan ibarət 85 nömrəli məktəbdə ümumilikdə 840 şagirdin təhsil aldığı bildirildi. Dövlət başçısı yeni korpusun foyesində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin təhsil sahəsində gördüyü işləri əks etdirən fotostendə baxıb. Burada şagirdlərin təhsil almaları üçün bütün şəraitin yaradıldığı vurğulanıb.Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına və fənn kabinetlərinə baxdı, buradakı şəraitlə yaxından tanış olub. Fizika, kimya və digər fənn kabinetlərinin, təcrübə laboratoriyalarının tədris üçün lazım olan ən müasir avadanlıqla təchiz olunduğu qeyd edilib. Məktəbin ərazisində yeni dərs ilinə qədər idman və akt zallarının, yeməkxananın inşa olunacağı da nəzərdə tutulur. Ərazidə açıq idman meydançasının salınacağı da vurğulanıb.