Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlət başçısı bayram şənliyində nitq söylədi.
Sonra Azərbaycan Prezidenti və xanımı Milli Parka gəldilər. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, bədii özfəaliyyət kollektivləri, pəhləvanlar, kəndirbazlar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər.
Prezident İlham Əliyev və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular.
Dövlət başçısına və xanımına hədiyyələr təqdim olundu.
Prezident İlham Əliyev onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.