Mayın 7-də Azərbaycanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.
AZXEBER.COM- un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları mərasimdə iştirak ediblər.



