İlham Əliyev BMT-də 2 yaşlı Zəhranın qətlindən danışdı

İlham Əliyev BMT-də 2 yaşlı Zəhranın qətlindən danışdı
SİYASƏT
18:05 20.09.2017
1010
Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxış edib.

Azxeber.com xəbər verir ki, Prezident bildirib ki, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20%-ni Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonu işğal edib: "Dağlıq Qarabağ Azərbaycanın tarixi və qədim torpağıdır. Ermənistanın təcavüzü nəticəsində beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır.

Bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkündür. Ermənistan bu ölkədə, həmçinin Dağlıq Qarabağ və onun ətrafında olan yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizlimə siyasəti yerinə yetirir. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkədə soyqırım kimi tanınır.

İnsanlığa qarşı törədilən bu müharibə kriminallarından biri də hazırda Ermənistan prezidentidir. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan qoşunlarının işğal olunan torpaqlarından çıxarılmasını nəzərdə tutan qətnamələr qəbul ediblər. 1993-cü ildə qəbul edilən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir

İƏT, Avropa parlamenti kimi digər beynəlxalq təşkilatlar da buna bənzər qərarlar və qətnamələr qəbul ediblər. Lakin Ermənistan buna məhəl qoymur. Ermənistan artıq 24 ildir ki, BMT TŞ qətnamələrini həyata keçirmir və çox təəssüflər olsun ki, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT TŞ qərarları bir neçə günə həyata keçirilir. Bizim halda isə artıq 24 ildir ki, qətnamələr həyata keçirilmir. Bu ikili standartlardır və qəbul olunmazdır. Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Ermənistan status-kvonu dəyişməmək üçün əlindən gələn hər şeyi edir”.

Prezident İlham Əliyev Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR