Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Əməkdar rəssam”
Qurbanov Seyfəddin Əli oğlu
Məmmədov Rəhim Əliağa oğlu.
"Əməkdar artist”
Manafzadə Turan İslam qızı
Məmmədova Elnarə Tofiq qızı
Nuriyev Mais Şükür oğlu.