Prezident də maaşından şikayətləndi: “10 min avroyla dolana bilmirəm”

Prezident də maaşından şikayətləndi: “10 min avroyla dolana bilmirəm”
Bütün Xəbərlər
12:45 25.01.2012
3069

PortuqaliyaprezidentiAnibalCavacoSilvamaraqlı çıxışı ilə ictimaiyyətin diqqətini çəkib.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, iqtisadi tədbirlər səbəbiylə maaşının azalmasından şikayət edən prezident xalqın sərt reaksiyasıyla qarşılaşıb.

Çıxışın ardından etiraz edən 14 min adam prezidentin istefasını tələb edib. Aylıq gəliri təxminən 10 min avro olan 71 yaşındakı Silva, keçən həftə yeni maaşıyla dolanmağın çox çətin olduğunu bildirmişdi.

Qeyd edək ki, portuqaliyada normal aylıq maaş 900 avrodur.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR