Prezident: 'Diktator olmaq homoseksual olmaqdan yaxşıdır'
Bütün Xəbərlər
12:20 05.03.2012
2576
Belarus prezidenti Aleksandr Lukaşenko Avropanın keçən həftə açıqladığı sanksiyalara cavab verib. Lukaşenko Almaniyanın xarici işlər naziri Qido Vestervilli nəzərdə tutaraq "Homoseksual olmaqdansa diktator olmaq daha yaxşıdır" deyib. "Ria Novosti"nin xəbərinə görə, Lukaşenko AB-nin keçən həftə 200 Belarus rəsmisinə səyahət qadağası qoymasını sərt şəkildə tənqid edib. Lukaşenko bu qərarın isterika olduğunu söyləyib: "Gördüyünüz kimi, inkişaf etmiş qitələrdə iki növ siyasətçi var. Bunlardan biri Varşavada, digəri Berlində yaşayır. İkinciyə gəlincə... Lesbiyanlar və homoseksuallar "burada diktator var" deyə bağırmağa başladığı və mən də bunu eşitdiyim zaman homoseksual olmaqdansa diktator olmağın daha yaxşı olduğunu düşünürəm".