Prezident Dmitri Medvedevi təbrik etdi - MƏTN

Prezident Dmitri Medvedevi təbrik etdi - MƏTN
Bütün Xəbərlər
13:26 09.05.2012
1054
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevi təbrik edib. Təbrikdə deyilir: "Hörmətli Dmitri Anatolyeviç,Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə başlamağınız münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dərin tarixi köklərə malik olan Azərbaycan-Rusiya dostluq və mehriban qonşuluq münasibətləri bu gün məqsədyönlü və hərtərəfli şəkildə inkişaf edərək, keyfiyyətcə yeni xarakter almış, strateji tərəfdaşlıq səviyyəsinə çatıb.Əminəm ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcək.Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiyanın tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
OXŞAR XƏBƏRLƏR