Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) "İstiqlal” ordeni ilə təltif edilib.
AZXEBER.COM-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Xalq şairi Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Sabah onun 85 yaşı tamam olur.