Prezident gənc cüdoçularla görüşdü

Prezident gənc cüdoçularla görüşdü
İDMAN
16:37 03.10.2012
1544
Azərbaycan Cüdo Federasiyasının prezidenti Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında iştirak etmiş gənc cüdoçularımızla və onların məşqçiləri ilə görüşüb.
AZXEBER.COM-a federasiyadan verilən məlumata görə, Avropa çempionatından qayıtmış gənc cüdoçularla görüş keçirilib.
Oktyabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov sentyabr ayının 21-23-də Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında iştirak etmiş gənc cüdoçularımızla və onların məşqçiləri ilə görüşüb.
Görüşdə Azərbaycan idmanının inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Fizuli Ələkbərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu öndər idmanla bağlı dövlət siyasətinin formalaşması və güclənməsində misilsiz xidmətlər göstərib:
“Fərəhli haldır ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ölkədə idmanın maddi-texniki bazası gücləndirilir, bölgələrdə yeni olimpiya-idman kompleksləri yaradılır. İdmana göstərilən davamlı diqqət və qayğıya cavab olaraq Azərbaycan idmançıları, o cümlədən milli cüdo məktəbinin yetirmələri Avropa və dünya səviyyəli turnirlərdə ölkəmizə qələbələr qazandırırlar”- federasiyanın prezidenti deyib.
Qeyd edək ki, bir neçə çəki dərəcəsində idmançılarımız mövsüməqədərki turnirlərdə uğurla çıxış edərək, bir sıra Avropa kuboklarında mükafatlar qazanıblar. Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında isə cüdoçumuz Əbdülhəqq Rəsullu Bolqarıstan təmsilçisi İvaylo İvanovu təsəlliverici görüşdə məğlubiyyətə uğradaraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. Azərbaycan milli komandası ilə yanaşı, 40 ölkənin yığmasının qüvvəsini sınadığı turnirdə millimiz 17-ci yeri tutub.
Görüşdə gənc cüdoçuların qeyd edilən Avropa birinciliyindəki çıxışları, habelə növbəti turnirlərə hazırlıq vəziyyəti müzakirə olunub. Həmçinin cüdo idman növünün kütləviliyinin artırılması, xüsusən bölgələrdə yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
14:34 06.10.2026
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
14:34 06.10.2026
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?
14:12 06.10.2026
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?