Prezident İlham Əliyev 11 nəfəri Silahlı Qüvvələr Günü münasibəti ilə ali hərbi rütbələrlə təltif edib.
AZXEBER.COM Prezidentin rəsmi saytına istinadə xəbər verir ki, 6 polkovnik general-mayor, 5 general-mayor isə general leytenant ali hərbi rütbəsi alıb.
Prezidentin verdiyi sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“General-leytenant” ali hərbi rütbəsi:
general-mayor Babayev Elşad Çingiz oğlu
general-mayor Cəfərov Eyvaz Məmməd oğlu
general-mayor Osmanov Nizam Ramazan oğlu
general-mayor Piriyev Heydər Kamal oğlu
general-mayor Tahirov Ramiz Firudin oğlu
“General-mayor” ali hərbi rütbəsi:
polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu
polkovnik Cəbrayılov Xəqani Sərdar oğlu
polkovnik Həsənov Hikmət Hüseyn oğlu
polkovnik Kazımov Vasif Ramiz oğlu
polkovnik Mazanov İlqar Abbas oğlu
polkovnik Səfərov İdris Məmməd oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2014-cü il"