Azərbaycan prezidenti İlham Əliyev Abdulla Gülə zəng edib. ANS PRESS-in "Anadolu" agentliyinə istinadla verdiyi məlumata görə, bir sıra dövlət və hökumət başçılarından A.Gülün səhhəti ilə əlaqədar mesajlar gəlib.Onların arasında Azərbaycan prezidenti İlham Əliyev, Misir prezidenti Məhəmməd Mursi, Pakistan prezidenti Asif Əli Zərdari, Türkmənistan prezidenti Qurbanqulu Berdumuhəmmədov, Fələstin prezidenti Mahmud Abbas və Qırğızıstan prezidenti Almazbek Atambayev A. Gülə zəng vurub və ya mesaj göndərərək şəfa arzulayıblar.Qeyd edək ki, Abdullah Gül ötən həftə qulağında yaranmış problemlə əlaqədar xəstəxanada yatıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının müalicəsi müsbət effekt verib və sağlamlıq vəziyyəti yaxşıdır.