Mavritaniya prezidenti hərbi patrulun onun kortejini atəşə tutması nəticəsində yaralanıb. Onlar prezidentin kortejini tanımayaraq ona dayanmaq əmrini veriblər. Tabe olmadıqda isə atəş açıblar. Bu barədə kommunikasiya və parlamentlə əlaqələr üzrə nazir Hamdi uld Mahcub məlumat verib."Paytaxt Nuakşota qayıdan zaman prezident konvoyu dövlət başçısının maşınını tanımamış patrullar tərəfindən atəşə tutulub. Nəticədə prezident yüngül yaralanıb, onun həyatı üçün heç bir təhlükə yoxdur", - deyə nazir bildirib.Xatırladaq ki, Məhəmməd Əbdül Əziz 2008-ci çevrilişdən sonra hakimiyyətə gəlib. O, "Əl-Qaidə" qruplaşmasınınyerli qanadının barışmaz düşməni olduğundan Qərbə yaxın şəxs sayılır.
//anspress