Prezident həmin ev barədə tapşırıq verdi - VİDEO

Prezident həmin ev barədə tapşırıq verdi - VİDEO
SİYASƏT
22:56 15.09.2025
246
Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olub.

AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində dövlətn başçısı kəndə köçən Məzahir Novruzovun evində olub, ailə üzvləri ilə söhbət edib.

Söhbət zamanı Xocalı sakini ata evinin də hazırda dövlət tərəfindən təqdim edilən mənzilin yaxınlığında olduğunu bildirib.

Dövlət başçısı isə bildirib ki, əgər sakin özü istəsə, ata yurdunu da bərpa edib övladları üçün şərait yarada bilər.

Prezident M.Novruzova şərait yaradılması üçün tapşırıq verib.

Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun sözlərinə görə, mənzillər sakinlərə püşkatma nəticəsində verilib.

OXŞAR XƏBƏRLƏR