Prezident hərbi hissədə oldu

Prezident hərbi hissədə oldu
Bütün Xəbərlər
12:22 16.04.2013
1266

Prezident İlham Əliyev aprelin 15-də Daxili Qoşunların Hacıqabuldakı "N" saylı hərbi hissəsinə yenidənqurmadan sonra baxış keçirib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi. Məlumat verildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nizami ordu quruculuğu siyasəti Azərbaycanı regionda ən güclü orduya malik dövlətə çevirmişdir. Son on il Daxili Qoşunların fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Cəmiyyətin və dövlətin mənafeyinin, habelə ictimai asayişin mühafizəsində daim sayıq dayanan Daxili Qoşunların əsgər və zabitləri ötən illər ərzində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər bu qurum üçün də yeni inkişaf dövrü kimi xarakterizə olunur. Qarşıya qoyulan xidməti vəzifələrini şərəflə yerinə yetirməyə qadir olan Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın milli mənafelərinin keşiyində ayıq-sayıq dayanmışdır və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən biridir. Daxili Qoşunlar artıq yüksək peşəkarlığa malik, mənəvi-psixoloji hazırlığı mükəmməl olan bir quruma çevrilib. Dövlət başçısı hərbi hissənin yenidən qurulması layihəsi və maketi ilə tanış oldu. Bildirildi ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Hərbi hissədə yaradılan şərait də bunun əyani nümunəsidir. 19 hektar ərazidə salınan hərbi şəhərcikdə yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcəkdir. Birinci mərhələdə inşasına ötən ilin martında başlanan beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxana, nəzarət-buraxılış məntəqəsi tikilmişdir. Ərazi hasarlanaraq, geniş sıra meydanı yaradılmış, daxili kommunikasiya xətləri çəkilmişdir. Şəhərciyin ərazisində yaşıllaşdırma işləri aparılmışdır. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuşdur. Birinci mərhələdə tikilən bina və qurğuların ümumi sahəsi 7 min 674 kvadratmetrdir. Növbəti mərhələdə isə şəhərcik ərazisində 400 nəfərlik beşmərtəbəli əsgər yataqxanası, 60 mənzilli altımərtəbəli yaşayış binası, silah-sursat anbarı, 100 avtomaşınlıq avtopark tikiləcəkdir. Həmçinin burada qarovul məntəqəsi, hamam və çamaşırxana, qazanxana, transformator yarımstansiyası, nasosxana və gözətçi qüllələrinin tikintisi nəzərdə tutulub. Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilib. Sonra Prezident İlham Əliyev hərbi hissənin qərargahında yaradılan şəraitlə tanış oldu. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr qurulmuşdur. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə, eyni zamanda, döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar da əksini tapmışdır. Yeni inşa olunan qərargah da bütün zəruri kommunikasiya sistemləri, mebel və inventarla təmin olunub. Azərbaycan Prezidenti hərbi şəhərciyin ərazisini gəzdi, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxdı, zabit ailələrinin yaşayış şəraiti ilə maraqlandı. Dövlət başçısı hərbçilərin uşaqları ilə xatirə şəkli çəkdirdi. Hərbi şəhərciyin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
14:00 17.06.2025
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
13:40 17.06.2025
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
13:39 17.06.2025
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
13:34 17.06.2025
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
13:17 17.06.2025
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir
13:10 17.06.2025
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir