Prezident iki dəfə and içəcək - VIDEO

Prezident iki dəfə and içəcək - VIDEO
Bütün Xəbərlər
08:10 21.01.2013
793
Ötən gün ABŞ-ın yeni prezidenti Barak Obamanın andiçmə mərasimi keçirilib. Ağ evdə ikinci dəfə and içən Obama vəzifəsinin icrasına rəsmən başladı. 20 yanvarın bazar gününə təsadüf etməsi səbəbindən sadəcə ailəsinin iştirak etdiyi mərasimdə Obama həyat yoldaşına aid “Robinson ailə İncili”nə and içib.Rəsmi inaqurasiya mərasimi isə bu gün amerikalıların müşayiəti ilə Konqresin həyətində keçiriləcək. Məlumata görə Obama bu mərasimdə biri sabiq prezident Linkolnun oxuduğu, digəri Martin Lüter Kingin istifadə etdiyi 2 İncilə and içəcək.Qeyd edək ki, ABŞ tarixində prezidentin iki dəfə and içməsi hadisəsi 7 dəfə baş verib. Andiçmə mərasimindən sonra Barak Obama xalqa müraciət edəcək və daha sonra rəsmi bal tədbiri keçiriləcək.İlk dəfə prezident seçildikdən sonra and içərkən çaşan Obama bu dəfə sözləri rahatlıqla təkrarladı və zarafatla dönüb qızına, “bacardım” – dedi.
OXŞAR XƏBƏRLƏR