Prezident İlham Əliyev ABŞ dövlət katibinin müşavirini qəbul etdi
Bütün Xəbərlər
19:15 10.12.2012
917
Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melia nümayəndə heyətinin üzvlərini dövlət başçısına təqdim edib. Regiona səfərlərinə Azərbaycandan başladıqlarını deyən qonaq bildirib ki, səfərin əsas məqsədi region ölkələri ilə tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.ABŞ Beynəlxalq İnkişaf Agentliyi administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Aleksander Peyc təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi müxtəlif sosial və humanitar layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu qeyd edib.