Prezident İlham Əliyev ABŞ səfirini qəbul etdi

Prezident İlham Əliyev ABŞ səfirini qəbul etdi
Bütün Xəbərlər
15:47 03.09.2012
1167
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın etimadnaməsini qəbul edib.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Birləşmiş Ştatların səfiri Riçard Morninqstar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.R.Morninqstar ilk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə ölkəmizdə qarşılıqlı mübadilə proqramları çərçivəsində həyata keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil olunan konfransda xanımı ilə iştirak etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladıb.İ.Əliyev Riçard Morninqstarı Azərbaycanda görməyindən məmnunluğunu bildirib.Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Riçard Morninqstara son 20 ildə münasibətlərimizin yaxınlaşmasına və eləcə də ölkəmizin iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlığını çatdırıb.Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Riçard Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirib, diplomatın Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
OXŞAR XƏBƏRLƏR