Prezident İlham Əliyev Avropa Komissiyası rəsmisini qəbul etdi
Bütün Xəbərlər
16:08 07.11.2012
809
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesi qəbul edib. Neelie Kroes ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, VII İnternet İdarəçilik Forumunun Bakıda yüksək səviyyədə təşkil olunmasına görə dövlət başçısına minnətdarlığını bildirib. Kroes elektron kütləvi informasiya vasitələrinin, azad internetin inkişafının və elektron hökumət layihəsinin böyük önəm daşıdığını vurğulayıb.Prezident Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidentin forumda iştirakının əhəmiyyətini qeyd edib. Forumu ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektorunda görülən işlərin nəticəsi kimi dəyərləndirən prezident İlham Əliyev internetin və elektron kütləvi informasiya vasitələrinin Azərbaycanda bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib. Dövlətimizin başçısı ölkəmizdə genişzolaqlı internet xidmətinin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini qeyd edib.