Prezident İlham Əliyev avropalı qonaqları qəbul etdi

Prezident İlham Əliyev avropalı qonaqları qəbul etdi
Bütün Xəbərlər
14:36 12.12.2012
697
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikası Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskini, İsveç Krallığının xarici işlər naziri Karl Bildti və Bolqarıstan Respublikasının xarici işlər naziri Nikolay Mladenovu qəbul edib.Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən nümayəndə heyəti üzvlərinin təmsil etdikləri ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi. Nümayəndə heyətinin üzvləri Avropa İttifaqının və təmsil etdikləri ölkələrin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildiriblər.
OXŞAR XƏBƏRLƏR