Prezident İlham Əliyev Azərbaycan gənclərinə müraciət etdi

Prezident İlham Əliyev Azərbaycan gənclərinə müraciət etdi
Bütün Xəbərlər
23:52 24.10.2011
1857

Sabah Bakıda Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək. AZXEBER.COM Azərtaca istinadən xəbər verir ki, forumdan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə müraciət edib. Müraciəti təqdim edirik. 

Hörmətli Forum iştirakçıları!

Əziz gənclər! Sizi – Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarını və bütün gənclərimizi səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Hamımız üçün əlamətdar olan 2011-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyini qeyd edir. Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Əminəm ki, siz həmin imkanları forumunuzda araşdıraraq qaldırılacaq məsələlər çərçivəsində qlobal dünyada insan kapitalının biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında əhəmiyyətini də müzakirə obyektinə çevirəcəksiniz. Bu ilin iyul ayında mənim sərəncamımla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Belə bir proqramın mövcudluğu dövlətin gənclərlə bağlı siyasətinin parlaq təzahürüdür. Proqramda əsas vəzifələr sırasında gənclərin ictimai həyatın ən müxtəlif sahələrində yaxından iştirakına, onların cəmiyyətimizdə layiqli yer tutması və beynəlxalq aləmdə tanınması məsələlərinə xüsusi diqqət yetirilir. Ümidvaram ki, bu forum proqramın uğurla həyata keçirilməsi və yeni-yeni çalarlarla zənginləşməsinə zəmin yaradacaqdır. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
22:41 10.04.2026
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
22:29 10.04.2026
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq
22:25 10.04.2026
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
22:11 10.04.2026
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər