Prezident İlham Əliyev Bakının yaşıllaşdırılmasına 2 milyon manat ayırdı
Bütün Xəbərlər
19:48 05.03.2012
1186
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində aparılan yaşıllaşdırma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.