Prezident İlham Əliyev Bakir İzetbeqoviçlə görüşdü

Prezident İlham Əliyev Bakir İzetbeqoviçlə görüşdü
Bütün Xəbərlər
14:32 18.10.2012
1105
Oktyabrın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin təkbətək görüşü olub.
AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, beynəlxalq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.Ölkə başçılarının təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.Qeyd edək ki, Azərbaycan və Bosniya və Herseqovinanın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR