Prezident İlham Əliyev “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif edildi

Prezident İlham Əliyev “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif edildi
Bütün Xəbərlər
21:54 18.12.2011
1540
Azərbaycanın Serbiyadakı səfirliyindən bildirmişlər ki, Serbiyada fəaliyyət göstərən və təsisçisi dünya şöhrətli idmançı, Serbiya Olimpiya Komitəsinin sədri Vlade Divats olan nüfuzlu “Ana və Vlade Divats” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Balkan ölkələrində bir sıra mühüm humanitar layihələrin həyata keçirilməsində göstərdiyi birbaşa dəstək, qayğı, diqqət və xüsusi xidmətlərinə görə 2011-ci ilin “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif etmişdir.Fondun qəbul etdiyi qərarda deyilir: “Azərbaycan və Balkan ölkələri arasında hərtərəfli münasibətlərin inkişafında əvəzsiz töhfəyə, Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə, Belqraddakı “Taşmaydan” parkının və “Bayraklı Cami” məscidinin abadlaşdırılması və təmirinə, Novi Sadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorial kompleksinin yaradılması və “Müqəddəs Petka” Kilsəsinin tikintisinə, Novi Pazar Mədəniyyət Evinin bərpasına, Sarayevoda “Bakı” küçəsi və “Dostluq parkı”nın bərpası və abadlaşdırılmasında göstərdiyi hərtərəfli dəstək və yardıma, Belqradda yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən ana və uşaq stasionarına və Voyevodina diyarında məskunlaşan qaçqınlara, həmçinin, Monteneqroda leysan yağışlarından zərər çəkmiş Virpazar qəsəbəsinin sakinlərinə göstərilmiş humanitar yardıma, məşhur serb yazıçısı Milorad Paviçin “Xəzər luğəti” kitabının Azərbaycan dilində çap edilməsində göstərdiyi hərtərəfli dəstəyə, Bakıda dünya şöhrətli serb alimi Nikola Teslanın heykəlinin ucaldılmasına dair qəbul etdiyi qərara, müxtəlif mədəniyyətlərin yaxınlaşmasında göstərdiyi xidmətlərə, humanizm, şəfqət, həmçinin digər dinlərə münasibətdə parlaq nümunə ola biləcək göstərdiyi tolerantlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatı ilə təltif olunur”.Qeyd edək ki, Vlade Divats və onun həyat yoldaşı Ana Divats tərəfindən 2007-ci il iyunun 28-də yaradılmış “Ana və Vlade Divats Fondu”nun fəaliyyətinin əsas istiqaməti Serbiya və digər Balkan ölkələrində sosial, humanitar layihələrin həyata keçirilməsi və idmanın inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ana və Vlade Divats” Fondu tərəfindən 2011-ci ilin “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif olunması Balkan ölkələrində yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz tərəfindən yüksək ruh və qürur hissi ilə qarşılanmış və onların sevincinə səbəb olmuşdur.//AzərTAc
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb