Prezident İlham Əliyev bayramla bağlı xalqı təbrik etdi - MƏTN

Prezident İlham Əliyev bayramla bağlı xalqı təbrik etdi - MƏTN
Bütün Xəbərlər
19:28 16.03.2012
1009
Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. AZXEBER.COM-un prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir:“Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, səadət və uğurlar arzulayıram.Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüzillərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq Yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.Dövlət müstəqilliyimizin bərpasından ötən illər ərzində azad ölkəmizin öz taleyini arzularına uyğun qurmağa müvəffəq olması belə əziz günlərdə insanlarımıza əsl bayram əhval-ruhiyyəsi bəxş edir. Hal-hazırda həyatımızın bütün sahələrində baş verən müsbət dəyişikliklər hər birimizdə dövlətimizin gələcək illərdə də yüksək zirvələr fəth edərək dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatacağına böyük inam, dərin qürur hissi və ruh yüksəkliyi yaradır. Novruz bayramının qəlblərdə quruculuq əzmini artıran yeniləşdirici ab-havası bizi müasir güclü dövlət və sosial rifah cəmiyyətini tam bərqərar etmək məqsədlərimizə sürətlə yaxınlaşdırır.Bu günlər bütün əzizlərimizin, həmçinin Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü yolunda canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bir daha ehtiramla yad olunur. İnanıram ki, yurdumuzun hərtərəfli inkişafı yolunda əldə etdiyimiz hər yeni zəfər şəhidlərimizin ruhunu şad edəcək.
OXŞAR XƏBƏRLƏR