Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
SİYASƏT
18:09 06.12.2025
73
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding” şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, "2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Qonaq qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində tapşırıq verib. O, əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyərək, Azərbaycanla BƏƏ arasında uzunmüddətli uğurlu tərəfdaşlığın qurulduğunu vurğuladı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu ilin sentyabrında Azərbaycana, Qarabağa səfərini, həmçinin onunla ölkəmizdə və Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlətimizin başçısı siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğuladı, müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndiyini qeyd etdi, ölkələrimiz arasında qarşılıqlı dəstəyi yüksək qiymətləndirdi.

Bərpaolunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi.

Söhbət zamanı siyasi, iqtisadi-ticari, neft-qaz və digər istiqamətlərdə ikitərəfli əlaqələrimizin inkişafı vurğulandı.

Enerji infrastrukturu, bərpaolunan enerji, investisiyalar, informasiya texnologiyaları, mədən sənayesi və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb