Prezident İlham Əliyev bir sıra ölkələrin səfirlərinin etimadnamələrini qəbul etdi
Bütün Xəbərlər
12:24 12.11.2012
772
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Zimbabve, Filippin, Kanada, İrlandiya, Cənubi Afrika Respublikası, Tailand Krallığı və Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Bonifes Quva Çidyausiku, Marilin Jusayan Alarilla, Con Holms, Kennet Tompson, Vika Mazvi Khumalo, Rathakit Manathat, Patrisio Alberto Çaves Savala, həmçinin Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi Marek Solçinskinin etimadnamələrini qəbul edib.Görüş zamanı səfirlər ölkələrinin Azərbaycan ilə ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsində, əməkdaşlığımızın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində genişləndirilməsində maraqlı olduğunu deyərək əlaqələrimizin gələcəkdə uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildiriblər.Azərbaycan dövlətinin başçısı öz növbəsində səfirlərin Azərbaycandakı diplomatik fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin daha da yaxınlaşması işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.Prezident İlham Əliyev həmçinin Azərbaycanla səfirlərin təmsil etdikləri ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb.