Prezident İlham Əliyev BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisini qəbul etdi
Bütün Xəbərlər
15:26 01.11.2012
708
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broeki qəbul edib. BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek etimadnamə məktubunu dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında geniş fəaliyyətinə toxunan Antonius Broek təmsil etdiyi təşkilatla ölkəmiz arasında mövcud olan uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.