Prezident İlham Əliyev Bolqarıstanın yeni dövlət başçısını təbrik etdi
Bütün Xəbərlər
18:22 02.11.2011
1177
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş Prezidenti Rosen Plevneliyevə təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.Təbrik məktubunda deyilir: “Hörmətli cənab Plevneliyev, Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı istiqamətində səylərimiz daim xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.