Prezident İlham Əliyev Britaniya şahzadəsi ilə görüşdü

Prezident İlham Əliyev Britaniya şahzadəsi ilə görüşdü
Bütün Xəbərlər
23:03 27.01.2012
1669
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb. 
AZXEBER.COM-un məlumatına görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.Bu gün dövlət başçısının həmçinin Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olmb. Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.Görüşdə Azərbaycan ilə Polşa arasında bir sıra sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
OXŞAR XƏBƏRLƏR