Prezident İlham Əliyev Əbülfəz Elçibəyin qardaşına ev hədiyyə etdi
Bütün Xəbərlər
13:25 20.07.2012
2717
Prezident İlham Əliyev Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə ev hədiyyə edib. Bunu "Gündəlik Teleqraf" qəzetinə açıqlamasında A. Əliyev özü deyib. O, Yasamal rayonu ərazisində 120 kvadratmetr sahəsi olan 3 otaqlı ev verildiyini, hazırda təmir işi getdiyini bildirib. A. Əliyev qardaşının ailəsinin mühafizə, maşın və maaşla təmin olunub-olunmaması haqda heç nə bilmədiyini deyib.