Prezident İlham Əliyev gənc istedadlara təqaüd ayırdı – ADLAR

Prezident İlham Əliyev gənc istedadlara təqaüd ayırdı – ADLAR
Bütün Xəbərlər
22:37 29.03.2012
2007

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda qeyd olunur ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər: Abbasov Murad Eldar oğlu - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi Ağalarova Günay Adil qızı - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Babayeva Vüsalə Zakir qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi Hüseynli Məhərrəm Rüfət oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Kərimov Ənvər Rüstəm oğlu - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi Manafzadə Atabala İkram oğlu - Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi

OXŞAR XƏBƏRLƏR