Prezident İlham Əliyev həmsədrlərlə görüşüb

SİYASƏT
16:36 24.03.2014
975
Niderlandda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, həmsədrlər Haaqada olan Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov Edvard Nalbandyanla da görüşüblər. 
ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Tvitter" səhifəsində yazıb. "Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə pozitiv görüş keçirildi".

OXŞAR XƏBƏRLƏR