Prezident İlham Əliyev korrupsiyaya qarşı daha bir sərəncam verdi

Prezident İlham Əliyev korrupsiyaya qarşı daha bir sərəncam verdi
Bütün Xəbərlər
00:30 06.09.2012
1654
Prezident İlham Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, sənəddə qeyd olunur ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur), bundan başqa, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).Azərbaycan Nazirlər Kabineti və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına Fəaliyyət Planlarının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etmək və bu barədə Azərbaycan prezidentinə məlumat təqdim etmək tapşırılıb.Azərbaycanın Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan məhkəmələrinə, yerli özünüidarə orqanlarına Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək, Azərbaycan Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR