Prezident İlham Əliyev Murtuz Ələsgərovla bağlı başsağlığı verdi

Prezident İlham Əliyev Murtuz Ələsgərovla bağlı başsağlığı verdi
Bütün Xəbərlər
12:16 08.08.2012
1896
Başsağlığında nüfuzlu hüquqşünas-alim və təcrübəli pedaqoq Murtuz Nəcəf oğlu Ələsgərovun xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağı qeyd olunur
Bu gün dünyasını dəyişən Azərbaycan parlamentinin sabiq sədri Murtuz Ələsgərovla bağlı ölkə başçısının başsağlığı yayılıb. AZXEBER.COM-un məlumatına görə, başsağlığında qeyd olunur ki, Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilib. Tanınmış ictimai-siyasi xadim, nüfuzlu hüquqşünas-alim və təcrübəli pedaqoq Murtuz Nəcəf oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Vasif Talıbov Ziyafət Əsgərov Bahar Muradova Valeh Ələsgərov Fərhad Abdullayev Fatma Abdullazadə Şahin Əliyev Hacıbala Abutalıbov Ramil Usubov Fikrət Məmmədov Misir Mərdanov Ramiz Rzayev Zakir Qaralov Əli Əhmədov Abel Məhərrəmov Mərhumun cənazəsi vidalaşmaq üçün 2012-ci il avqustun 8-də saat 15.00-dan 17.00-dək Mədəniyyət Mərkəzinin binasında (Rəşid Behbudov küçəsi, 3) qoyulacaq. Dəfn mərasimi Fəxri Xiyabanda keçiriləcək. Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR