Prezident İlham Əliyev Nyu-Yorkda bir sıra görüşlər keçirdi

Prezident İlham Əliyev Nyu-Yorkda bir sıra görüşlər keçirdi
Bütün Xəbərlər
13:12 04.05.2012
1215
Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın xarici işlər naziri ilə görüşüb. AzərTAc-ın verdiyi məlumata görə, ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb.Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.Argenitinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.Prezident ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə də görüşüb. General Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR