Prezident İlham Əliyev Qaraçay-Çərkəs Respublikasının başçısını qəbul etdi

Prezident İlham Əliyev Qaraçay-Çərkəs Respublikasının başçısını qəbul etdi
Bütün Xəbərlər
16:33 29.10.2012
766
Prezident İlham Əliyev oktyabrın 29-da Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib. Bakıda keçiriləcək birgə biznes forumun önəmini qeyd edən prezident İlham Əliyev əlaqələrimizi bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmləndirməyin və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları müəyyənləşdirməyin zəruriliyini vurğulayıb. Ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edən dövlət başçısı Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun ölkəmizə səfərinin fəal qarşılıqlı əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini deyib.
OXŞAR XƏBƏRLƏR