Prezident İlham Əliyev Qəbələ Olimpiya Kompleksinin açılışında iştirak etdi

Prezident İlham Əliyev Qəbələ Olimpiya Kompleksinin açılışında iştirak etdi
Bütün Xəbərlər
15:51 18.11.2011
1344
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinin diqqətinə çatdırdı ki, şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Yüksək səviyyədə aparılmış tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılıb. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub.Prezident İlham Əliyev voleybol zalında məşq prosesini izlədikdən sonra idman qurğularının eskiz layihələri ilə tanış olub.Qeyd edildi ki, kompleksdə mini kafe də fəaliyyət göstərəcək. Burada idmançıların asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb.
OXŞAR XƏBƏRLƏR