Prezident İlham Əliyev: 'Qələbə gününü yaxınlaşdırırıq'

Prezident İlham Əliyev:
Bütün Xəbərlər
08:26 28.12.2012
828
“Bu il 20 min köçkün yeni evlərə köçürülür. Gələn il 20 mindən artıq köçkün yenə də yeni mənzillərlə, evlərlə təmin ediləcək Bu il Dövlət Neft Fondundan bu məqsədlər üçün tarixdə ən böyük vəsait ayrılmışdır - 300 milyon manat. Gələn il də 300 milyon manatdan az olmayan məbləğ nəzərdə tutulur. Yəni, biz bu məsələni ardıcıllıqla həll edirik və əminəm ki, bir neçə ildən sonra məcburi köçkünlərin əsas məişət problemləri öz həllini tapacaq”.AZXEBER.COM-un məlumatına görə, bunu prezident İlham Əliyev Bakının Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışındakı çıxışında deyib.Dövlət başıçısı bildirib ki, məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir: “Biz təkcə qəsəbələrin, evlərin tikilməsi ilə öz işimizi məhdudlaşdırmırıq, eyni zamanda, məşğulluq məsələlərini də həll edirik. Rəsmi statistikaya görə, son illər ərzində köçkünlərin arasında yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı düşüb. Bütövlükdə ölkə üzrə yoxsulluq artıq çox aşağı səviyyədədir. Keçən ilin yekunlarına görə 7,6 faiz, bu ilin yekunlarına görə daha da aşağı olacaq. Köçkünlər arasında da yoxsulluq aşağı düşür, məşğulluq artır. Ölkəmizdə bütövlükdə yeni iş yerlərinin açılması prosesi uğurla gedir. Son on il ərzində 1 milyon 100 min iş yeri açılmışdır və məcburi köçkünlər də bu imkanlardan bəhrələnirlər”.“Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var, biz bunu bilirik. Yenə də deyirəm, biz bu məsələni ardıcıllıqla həll edirik. Çadır şəhərcikləri, fin qəsəbələri ləğv edildi. Yataqxanalarda, uşaq bağçalarında yaşayanlar var, biz onların da məişət problemlərini həll edəcəyik. Yəni, bu, onu göstərir ki, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətimizdə ön plandadır. Həmişə belə olubdur. Sadəcə olaraq, indiki mərhələdə dövlətimizin gücü daha da çoxdur. Maliyyə imkanlarımız daha da böyükdür”, - prezident əlavə edib.Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən də danışıb: “Ermənilər Azərbaycan xalqına qarşı soyqırımı siyasəti aparıblar. Xocalı soyqırımı artıq dünya miqyasında soyqırımı kimi tanınır. Üç ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıbdır və bu proses davam edəcək. Azərbaycanlıların elementar insan hüquqları tapdalanır. Bir milyondan artıq vətəndaşın elementar əsas insan hüquqları kobudcasına tapdalanır. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul ediblər və Azərbaycan diplomatiyasının səyləri nəticəsində bu gün bütün beynəlxalq çərçivələrdə bizim haqq işimiz artıq üstünlük təşkil edir. Erməni təbliğatı bizim qabağımızda acizdir. Ancaq bu beynəlxalq təşkilatların qətnamələri əfsuslar olsun ki, reallığa çevrilmir. Beynəlxalq aləm, xüsusilə bu münaqişə ilə bağlı vasitəçilik funksiyalarını öz üzərinə götürən ölkələr, Minsk qrupu daha da fəal olmalıdır. İşğalçıya öz yerini göstərməlidir, onlardan kəskin şəkildə tələb etməlidir ki, artıq münaqişəyə son qoyulmalıdır, işğalla barışmaq olmaz və işğala son qoyulmalıdır. Biz də Azərbaycan dövləti olaraq öz tərəfimizdən ölkəmizi gücləndirməklə, iqtisadi, siyasi islahatları aparmaqla, ordumuzu gücləndirməklə qələbə gününü yaxınlaşdırırıq”.“Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”, - deyən dövlət başçısı əminliyini ifadə edib ki, Azərbaycan xalqında da bu barədə şübhə yoxdur: “Sadəcə olaraq biz çalışırıq ki, bunu tezliklə edək. Bu gün işğal altında olan torpaqlara vətəndaşlarımız tezliklə qayıtsın. Tezliklə o şəhərləri biz yenidən tikək, yenidən quraq, bərpa edək. Çünki bildiyiniz kimi, işğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Erməni quldurları, erməni vəhşiləri tərəfindən bizim bütün tarixi abidələrimiz dağıdılıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib