Prezident İlham Əliyev qızıl medalla təltif edildi

Prezident İlham Əliyev qızıl medalla təltif edildi
Bütün Xəbərlər
00:59 04.05.2012
1495

Mərakeşdə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının yaradılmasının 30 illiyi münasibətilə yubiley mərasimi keçirilib

Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) yaradılmasının 30 illiyi münasibətilə Mərakeş Kralı VI Məhəmmədin dəstəyi ilə İSESCO-nun mənzil-qərargahında yubiley mərasimi keçirilib. Azərbaycanın Mərakeşdəki səfirliyindən verilən məlumata görə, mərasimdə baş nazir A.Benkiran başda olmaqla Mərakeş Krallığı hökumətinin üzvləri, İSESCO-ya üzv dövlətlərin, beynəlxalq təşkilatların, Rabatda akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri və İSESCO-dakı daimi nümayəndəsi S.Ağabəyov iştirak edib. Bir gün əvvəl – mayın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri səfir S.Ağabəyovla görüşüb. Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış məktubu, İSESCO-nun 30 illik yubiley xatirə qızıl medalını və “İSESCO: 30 ilin nailiyyətləri” adlı kitabı ali ünvan sahibinə çatdırılmaq məqsədilə səfirə təqdim edib. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yubiley münasibətilə baş direktora ünvanlanmış təbrik məktubu Əbdüləziz bin Osman əl-Tüveycriyə təqdim olunub. Qurani Kərimdən ayələrin oxunması ilə başlamış yubiley mərasimində baş nazir A.Benkiran Mərakeş Kralı VI Məhəmmədin tədbir iştirakçılarına məktubunu oxuyub. Sonra baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib, İSESCO-nun 30 ildə gördüyü işlərdən və perspektiv vəzifələrdən danışıb, 30 illik yubiley xatirə qızıl medalını baş nazir A.Benkirana təqdim edib. Daha sonra İSESCO-nun 30 illik fəaliyyəti haqqında film nümayiş etdirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə dövlətimizin yüksək mükafatının – “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi də filmdə əksini tapıb.

OXŞAR XƏBƏRLƏR