Prezident İlham Əliyev ruminiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev ruminiyalı həmkarını təbrik edib
SİYASƏT
12:00 27.11.2019
4301

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Rumıniya dostluğu və əməkdaşlığının, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

OXŞAR XƏBƏRLƏR