Prezident İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib

Prezident İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib
SİYASƏT
20:39 07.10.2020
986

Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində Rusiya, İran və ABŞ-ın münaqişə ilə bağlı tutduqları mövqeyi şərh edib.

AZXEBER.COM xəbər verir ki, Rusiyanın da ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası icra etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”.

Prezident qeyd edib ki, İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir.

Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın mövqeyinə münasibət bildirən Prezident İlham Əliyev deyib: "Amerika Prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
11:38 12.10.2026
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
11:35 12.10.2026
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
11:33 12.10.2026
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
11:32 12.10.2026
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
11:22 12.10.2026
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:17 12.10.2026
İlham Əliyev İspaniya Kralını təbrik etdi
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
11:15 12.10.2026
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
10:58 12.10.2026
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
10:50 12.10.2026
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
14 yaşlı qız dəm qazından öldü
10:42 12.10.2026
14 yaşlı qız dəm qazından öldü
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
10:33 12.10.2026
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir